“Ştutqart”dan “Borussiya”ya?
09.07.2024 , 16:48

Seru Qirassi “Ştutqart”dan ayrılmağa yaxındır.
Korner.az xəbər verir ki, futbolçu Bundesliqa nəhənginə keçməyə hazırlaşır.
Onunla “Borussiya”nın (Dortmund) yaxından maraqlandığı bildirilir.
Dortmund təmsilçisi futbolçu ilə 4 illik müqavilə imzalayacaq. Almaniya klubu oyunçu üçün sərbəstqalma şərtini 18 milyon avroya aktivləşdirib.
