“Ştutqart” baş məşqçisiz qaldı
24.12.2019 , 18:44

Almaniyanın “Ştutqart” klubu baş məşqçisi Tim Valterlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Valter, 2019-cu ilin iyulundan “Ştutqart”ı çalışdırırdı. “Ştutqart” hazırda Almaniya 2-ci Bundesliqasında 31 xalla 3-cü sıradadı.
