Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"in baş məşqçisi qəzəblə məşqçilər skamyasının damına vurduğu əlini əzib.
Korner.az xəbər verir ki, A Seriyasının XI turu çərçivəsində keçirilən "Yuventus" – "İnter" matçının birinci hissəsində baş hakimin meydan sahibi komandanın futbolçusu Stefan Lixştaynerə ikinci sarı vərəqəni göstərməməsi Stramaççoninin qəzəblənməsinə səbəb olub.
Palasioya qarşı kobudluq edən Lixştaynerin cəzasız qaldığını görən gənc çalışdırıcı məşqçilər skamyasının damına yumruqla zərbə endirib.
Dünən müayinədən keçən 36 yaşlı çalışdırıcının əlinin əzildiyi müəyyən edilib.
