Avropa Liqasının qrup mərhələsində keçirilən “İnter” – “Rubin” (2:2) qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Andrea Stramaççoni oyun haqda fikirlərini bildirib.
Korner.az– ın məlumatına görə, italyalı mütəxəssis nəticədən razı qalmadığını vurğulayıb.
“Rubin”ə qarşı oynamaq çox çətin idi. Doğma meydanda dalbadal 4-cü matçdır qapımızda erkən qol görürük. Amma əlimizi yanımıza salmadıq, sonacan mübarizə apardıq və hesabı bərabərləşdirməyə nail olduq. Yaxşı oynadıq, amma evdə qələbəsizlik seriyası məni çox narahat edir. Azarkeşlər sonacan bizi dəstəklədilər. Onlara minnətdaram və heç-heçəyə görə, fanatlardan üzr istəyirəm”.