“Hall Siti”nin baş məşqçisi Stiv Brüs “Arsenal”ın hücumçusu Yaya Sanoqo ilə yaxından maraqlandığını dilə gətirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin israrla heyətinə qatmaq istədiyi fransız forvard buna razı olmayıb. “Pələnglər”in rəsmi saytına danışan Brüs: “Biz Sanoqonu istədik, o razı olmadı. Ya Londonda qalmağı, ya da Fransaya qayıtmağı üstün tutdu”, – fikirlərini səsləndirib.
Qeyd edək ki, Sanoqo hazırda KPR klubuna icarə əsasında keçidini rəsmiləşdirib.
