Sterlinqin yeni klubu rəsmiləşdi
13.02.2026 , 11:00
İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinqin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını Niderlandda davam etdirəcək və “Feyenoord” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Bu barədə Rotterdam klubunun rəsmi saytı məlumat yayıb. Sterlinq son olaraq “Çelsi”də çıxış edirdi.
Futbolçu karyerası ərzində həmçinin “Liverpul”, “Mançester Siti” və “Arsenal” klublarında oynayıb. İngiltərə millisində 82 oyuna çıxan Sterlinq 20 qol vurub.