Sterlinq: “Pep mənə necə oynamağı öyrətdi”
12.03.2019 , 14:55

“Mançester Siti” klubunun futbolçusu Rahim Sterlinq baş məşqçisi Pep Qvardiolanı tərifləyib.
Sterlinq Qvardiolanın tapşırıqlarına əməl etdiyini və buna görə də daha da yaxşı olduğunu deyib.
“Əvvəllər topu özümdən qabağa atıb, qapıya baxmadan zərbə endirirdim. Lakin Pep mənə bu mənada kömək etdi. İndi mən qapıya yaxınlaşan zaman başımı qaldırım qapıya baxıb, sonra daha yaxşı zərbə endirirəm Əlbəttə, bu vaxtı qısa fasilə vermək lazımdır. Fasilədən düzgün istifadə etsən, hər şey yaxşı olacaq.”
Qeyd edək ki, Rahim Sterlinq 2015-ci ildə “Liverpul” klubundan “Mançester Siti”yə transfer olub.
