Sterlinq bu mövsüm Premyer Liqada oynamayacaq
06.02.2026 , 18:45
“Çelsi”nin keçmiş futbolçusu Rahim Sterlinq İngiltərə Premyer Liqasında bu mövsüm meydana çıxmayacaq.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı oyunçu sərbəst agent statusunda olsa da, çempionatın son mərhələsi üçün qeydiyyat müddəti bitmədən yeni klub tapa bilməyib.
Premyer Liqada azad agentləri martın 26-dək heyətə əlavə etmək olar, lakin bunun üçün klubda 25-dən az oyunçu olmalıdır.