Ştegen meydanlara qayıdır
01.04.2025 , 14:58

Uzun müddətdir ki, zədəli olan “Barselona”nın qapıçısı Ter Ştegendən yeni xəbər var.
Korner.az xəbər verir ku, 32 yaşlı qolkiperin son durumu yaxşı olduğu üçün o, komanda ilə artıq məşqlərə başlayıb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Almaniyalı oyunçunun aprelin sonuna kimi meydanlara qayıdacağı gözlənilir.
Təcrübəli qapıçı ötən ilin sentyabrından sıradan çıxmışdı.
