STATİSTİKA: La Liqanın birinci dövrəsində VAR sistemi necə işlədi?
16.01.2019 , 16:47

İspaniya La Liqasının birinci dövrəsində hakimlərin VAR sisteminə neçə dəfə müraciət etmək məcburiyyətində qaldıqlarının statistikası açıqlanıb.
Nəticələrə əsasən, ispan referilər 2280 dəfə (orta hesabla hər oyunda 12 dəfə) VAR-da mübahisəli epizodları nəzərdən keçiriblər, 59 epizodda oyuna müdaxilə ediblər.
Bunlardan 58-də baş hakimin qərarı dəyişdirilib. Mübahisəli epizodlardan 30-u qol, 20-si penalti, 6-sı qırmızı vərəqə, 3-ü isə oyunçuların müəyyənləşdirilməli olduğu epizodlar olub. VAR sisteminin köməyi ilə birinci dövrədə 15 qol ləğv edilib – 10-u oyundankənar vəziyyət, 4-ü qayda pozuntusu, 1-i isə topun meydandan çıxması səbəbindən.
