Stankoviç “Spartak”da qalır
01.05.2025 , 10:00

Deyan Stankoviçin Rusiya karyerası davam edəcək.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis çalışdırdığı “Spartak”dan (Moskva) yeni müqavilə təklifi alıb. Moskva klubunun rəhbərliyi Stankoviçin işindən razıdı. Bu baxımdan da ona müqaviləni uzatmaq təklif olunub.
Tərəflər arasında ilkin danışıqların müsbət baş tutduğu bildirilir.
