“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA rəsmi saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə, “Partizan”la oyun (2:3) haqqında danışan serbiyalı qolkiper hesabın onları qane etməsini bildirib:
“Oyunun ilk dəqiqələrindən hiss elədim ki, “Partizan” favoritdi. Belqradda oyuna çox gözəl başladıq. Bizim 2 top fərqli üstünlüyümüz var idi. Bu hesabı artırmalı idik, təssüf ki, bacarmadıq. Səfərdə minimal hesabla uduzub, iki qol vurmaq əla nəticədi”
Xatırladaq ki, cavab oyunu 28 avqustda keçiriləcək.