Avroliqanın qrup mərhələsində ölkəmizi təmsil edəcək "Neftçi"nin serbiyalı qapıçısı Saşa Stamenkoviç sentyabrın 20-də qarşılaşacaqları "Partizan"ı özünəməxsus şəkildə qıcıqlandırmaq fikrindədi.
Korner.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Saşa səfərdə keçiriləcək matçda meydana "Srvena Zvezda"nın formasıyla çıxacaq.
Qyed edək ki, "Srvena Zvezda" Serbiyada "Partizan"ın əzəli rəqibidi.
Məsələyə münasibət bildirən "Partizan"ın baş məşqçisi Vladimir Vermezoviç bunları deyib: "Bu, onun öz haqqıdı. Hafizəm mənim yanıltmırsa, "Partizan" daha yaxşı reputasiyaya malikdi. Onun istəyinə qarşı çıxa bilmərəm. Amma istəməzdim ki, oyundan sonra bizim futbolçulardan kiminləsə formasını dəyişdirsin. Hər halda, bunun necə nəticələnəcəyini özü yaxşı bilir. İstənilən halda, cəsur açıqlamadı".
