Stadnik məğlub oldu
07.04.2024 , 10:51

Bakıda keçirilən güləş üzrə Olimpiya Təsnifat turniri davam edir.
Korner.az xəbər verir ki, bu gün qadınlar mübarizəyə başlayıb.
Mübarizəyə qoşulan 5 təmsilçimizdən yalnız biri – Mariya Stadnik yarımfinala çıxmağı bacarmışdı.
Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. O, ukraynalı Oksana Livaça uduzub.
Daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.
