Dünya Güləş Birliyi (UWW – United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını tərtib edib.
Korner.az-ın məlumatına görə, qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var.
Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik 2-ci pilləyə yüksəlib. Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç isə 2 pillə gediləyərək 4-cü sırada yer alıb.
Sıralama
48 kq
2. Mariya Stadnik – DÇ 3-cü yer (4)
58 kq
11. İrina Netreba – Paris Qran Pri turniri 3-cü yer (12)
60 kq
4. Yuliya Ratkeviç – DÇ 2-ci yer (2)
12. Nataliya Sinişin – Paris Qran Pri turniri 2-ci yer (11)
69 kq
17. Nadya Muşka Sementsova – Klippan turniri 5-ci yer (19)
