Stadnikə vəzifə verildi
03.02.2025 , 16:00

Karyerasını başa vuran Azərbaycan qadın güləşçisi Mariya Stadnik işlə təmin olunub.
Korner.az xəbər verir ki, o, federasiyada funksioner kimi fəaliyyət göstərəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Stadnik zəngin təcrübəsini Azərbaycan qadın güləşinin inkişafı yolunda istifadə edəcək.
Mariya qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.
