Stadionda yanğın baş verib – FOTO
25.12.2023 , 20:30

Söküntüsü davam edən Gəncə şəhər stadionunda yanğın baş verib.
Korner.az İdmanxeber.az-a istinadla xəbər verir ki, yanğın stadionun gözətçi otağında başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti çağırılıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində stadion ərazisində baş vermiş yanğın söndürülüb.
