“Sportinq”in ulduz futbolçuları “Qarabağ”la oyunu buraxa bilərlər
14.09.2018 , 11:40

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Portuqaliyanın “Sportinq” klubunun heyətində ciddi itkilər var. Lissabon təmsilçisinin ulduz futbolçuları – Luis Nani və Bas Dost “Qarabağ”la oyunu buraxa bilərlər.
Hər iki futbolçu zədə səbəbindən komanda ilə məşq edə bilmirlər. Hazırda bərpa prosesi keçən hecumçuların doğma meydanda “Qarabağ”a qarşı keçiriləcək matçda oynamaq ehtimalı olduqca azdır.
Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu sentyabrın 20-də keçiriləcək.
