“Sportinq”in məşqçisi “Qarabağ” – “Sumqayıt” matçında!
14.09.2018 , 19:56

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”ın rəqibi “Sportinq”in məşqçisi Vitor Hüqo Pezeyro Bakıya gəlib.
O, Topaz Premyer Liqası IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” matçına baxmaq üçün “Azersun Arena”ya gəlib.
Xatırladaq ki, “Sportinq” – “Qarabağ” matçı sentyabr ayının 20-də keçiriləcək.
