“Sportinq”dən ayrılır, bu kluba keçir
03.01.2025 , 15:52
“Mançester Yunayted” qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəfi “Sportinq”də çıxış edən Viktor Qyökereşdir.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim rəhbərlikdən isveçli forvardın transferini istəyib.
Premyer Liqa nəhəngi 26 yaşlı hücumçu üçün qarşı tərəfə 80 milyon funt-sterlinq ödəməyə hazırdır.