“Sportinq”də yeni baş məşqçi məlum oldu
10.11.2018 , 09:31

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq”in yeni baş məşqçisi müəyyənləşib.
Lissabon təmsilçisini Marsel Keyzer çalışdıracaq.
Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 44 yaşlı məşqçi bu vəzifədə ötən həftə istefaya göndərilən Joze Pezeyrunu əvəzləyib.
Qeyd edək ki, Keyzer son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Cəzirə” klubunu çalışdırıb
