“Sportinq” PSJ-nin futbolçusunu icarəyə götürdü
03.09.2019 , 18:10
“Sportinq” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub PSJ-nin hücumçusu Xese Rodriqesi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı hücumçu 1 illik icarəyə götürülüb.
Madrid “Real”ının yetirməsi olan futbolçu PSJ-də 2016-cı ildən çıxış edir.