“Sportinq” nə vaxt gəlir?
26.11.2018 , 19:37

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq”in Bakıya səfər proqramı müəyyənləşib
Lissabon təmsilçisi sabah – noyabrın 27-də doğma “Joze Alvalade” stadionunda sonuncu məşqini keçdikdən sonra yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 18:00) çarter reysi ilə paytaxtımıza yola düşəcək. Lissabon təmsilçisinin oyunöncəsi son hazırlığı isə noyabrın 28-də matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sportinq” görüşü noyabrın 29-da, saat 21:55-də start götürəcək.
