“Sportinq” maaşları azaldır
14.04.2020 , 18:21

“Sportinq” koronavirus pandemiyasının təsirinə görə futbolçuların məvaciblərini azaldacaq.
Korner.az xəbər verir ki, Lissabon təmsilçisi futbolçuların aprel, may və iyun ayları üçün məvaciblərini 40 faiz azaltmağa qərar verib.
Klubun İdarə Heyətinin üzvlərinin maaşlarında isə 50 faizlik endirim olacaq.
