“Sportinq” baş məşqçisini istefaya göndərdi
04.09.2019 , 17:36

Portuqaliyanın “Sportinq” klubu baş məşqçi Marsel Kayzerlə ayırıb.
Korner.az xəbər verir ki, komandanın çempionatda 4 turdan sonra 7 xal toplaması klub rəhbərliyini qane etmədiyinə görə klub rəhbərliyi bu qərara gəlib.
Mütəxəssis istefaya göndərilib. Klubu müvəqqəti olaraq Leonel Ponteş çalışdıracaq.
Qeyd edək ki, mütəxəssis 2018-ci ildə “Sportinq”in baş məşqçisi təyin edilmişdi.
