“Spartak”ın futbolçusu Azərbaycan millisinə gəlməkdən imtina edib
10.12.2018 , 16:06

Rusiyanın “Spartak” (Moskva) klubunun futbolçusu Turqay Möhbalıyev AFFA-nın Azərbaycan millisində çıxış etmək təklifini qəbul etməyib.
Bu barədə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd məlumat verib.
O bildirib ki, 18 yaşlı müdafiəçi ilə yanaşı, Rusiyanın I Divizionunda yarışan “Çertanovo”nun hücumçusu Nikita Süleymanov və Belarusun I Divizionunda yer alan “Naftan”ın forvardı Elvin Əliyev Azərbaycan yığmasının formasını geyinməyə razı olmayıb.
Qeyd edək ki, Rusiyanın “Krasnodar” klubunun iki oyunçusu – Sergey Peterson və Ruslan Pidlisnyak Azərbaycan millisində oynamaq təklifini müsbət cavablandırıblar.
“Report”
