“Spartak”dan azərbaycanlı futbolçu ilə bağlı açıqlama
20.12.2019 , 12:31
Rusiyanın “Spartak” klubunun baş direktoru Tomas Çorn komandanın azərbaycanlı futbolçusu Ayaz Quliyevin gələcəyi barədə danışıb.
O, Ayazla bağlı qərar vermədiklərini bildirib: “Cano Ananidze komandadan ayrılmaq qərarı verib. Quliyevin qalıb-qalmayacağı barədə danışmaq üçün hələ tezdi”.
22 yaşlı futbolçu “Spartak”a bu il “Rostov”dan keçib.
