“Spartak”da yeni baş məşqçi
12.11.2018 , 17:12

Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi məlum olub
Moskva təmsilçisini Oleq Kononov çalışdıracaq. O, bu vəzifədə ötən ay istefaya göndərilən Massimo Karreranı əvəzləyib. Kononovun müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.
Qeyd edək ki, 52 yaşlı rusiyalı mütəxəssis daha əvvəl Tula “Arsenal”ı, “Axmat”, “Krasnodar” və “Şerif” kimi klubları çalışdırıb.
