Moskva “Spartak”ının baş məşqçi postuna namizədlərdən biri müəyyənləşib.
Korner.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, bu postu tutmağa namizədlərdən biri Yuri Syomindi.
Cari mövsümdə uğursuz çıxış edən “Spartak” ölkə kubokunun yarımfinalında mübarizəni dayandırıb, Rusiya Premyer Liqanın turnir cədvəlində isə hələlik beşinci pilləni tutur. Uğursuzluq səbəbindən martın 18-də istefa verən Valeri Karpinin yerinə müvəqqəti olaraq Dimitri Qunko təyin olunub. Ancaq o da komandanın çətin vəziyyətdən çıxara bilmir. Rusiyalı jurnalistlər hesab edir ki, Syominin “Spartak”ı uğursuzluq zolağından çıxara bilər.
Qeyd edək ki, rusiyalı mütəxəssis başçılıq etdiyi “Qəbələ” Azərbaycan Kubokunun finalına çıxıb və Premyer Liqada 4-cü pilləni tutur.
