“Southempton” klubu heyətini gücləndirmək fikrindədir. Bu barədə ingilis mətbuatı məlumat yayıb.
İngilis komandası bir neçə oyunçu ilə maraqlanır. “Southempton”un əsas hədəfi Rusiyanın “Spartak” klubunda oynayan futbolçudur.
Quinsi Promeslə yaxından maraqlanan komanda Moskva təmsilçisinə rəsmi təklif göndərb. Lakin ingilis klubunun baş məşqçisi Maurisio Pelleqrino “Spartak”dan rədd cavab aldığını açıqlayıb. Buna rəğmən bildirilir ki, “Southempton” rəhbərliyi bu keçiddən əl çəkməyəcək və transferin baş tutması üçün əlindən gələni edəcək.
