“Spartak” braziliyalı ilə yolları ayırır
23.11.2018 , 11:58

Rusiyanın “Spartak” klubu qış fasiləsində bir neçə futbolçusu ilə yolları ayırmağı planlaşdırır.
Moskva klubu braziliyalı forvardı Luis Adrianonu yola salmağa çalışacaq. Buna səbəb onun yüksək əmək haqqı almasıdı. İllik 4 milyon avro maaş forvard “qara siyahı”ya düşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 31 yaşlı hücumçu 2017-ci ildə “Milan”dan “Spartak”a keçib.
