“Spartak” azərbaycanlı futbolçunu geri qaytarır
16.12.2018 , 16:44

“Rostov”un azərbaycanlı futbolçusu Ayaz Quliyev yenidən “Spartak”da çıxış edə bilər.
Moskva klubu gənc yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Klub rəhbərliyinin gələn həftə baş məşqçi Oleq Kononovla transfer məsələlərini müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 14 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz “Spartak”dan “Rostov”a keçib.
