“Spartak” alman futbolçunu göndərir
18.04.2020 , 19:01

“Spartak” klubu Dortmund “Borussiya”sından icarəyə götürdüyü Andre Şürrle ilə yolları ayıracaq.
Korner.az xəbər verir ki, Moskva klubunun baş direktoru Tomas Çorn bu barədə “Bild”ə açıqlamasında məlumat verib.
“Spartak” 29 yaşlı vingeri 2019-cu ilin yayında 7 milyon avroluq satın alma şərti ilə icarəyə götürmüşdü. Almaniya millisinin üzvü 18 oyunda 2 qol vurub.
