Bu mövsüm Şotlandiya çempionu olmuş “Seltik” “Dandi Yunayted”lə oyundan sonra bayram törəni təşkil edib.
Korner.az-ın məlumatına görə, bayram təntənəsində olduqca maraqlı olay baş verib.
“Seltik”in baş məşqçisi Nil Lennon medalını Daun sindromundan əziyyət çəkən klubun azyaşlı azarkeşinə verib. “Seltik”in futbolçusu Samaras isə Djey Bittini qucağına alaraq stadionda dövrə vurub. Həmin görüntünü təqdim edirik: