“Tottenhem”in yarımmüdafiəçisi Tom Haddlstoun klubunun forması ilə qol vurmayanadək saçını kəsdirməyəcəyini bəyan edib.
Korner.az İngiltərənin “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, avqustun sonunda “Stok Siti”yə icarəyə verilməsi istənilən, ancaq keçidi son anda alınmayan Tom, cari mövsümdə mütəmadi olaraq meydana çıxır.
19 aydı rəqib qapılarına yol tapa bilməyən Haddlstoun bu “tilsim”i qırmayınca bərbər yanına getməyəcəyinə söz verib: “Hər şey komanda daxilindəki bir zarafatla başladı və mən bir ildən çoxdu ki, saçımı kəsdirmirəm. Ancaq mütəmadi olaraq meydana çıxsam və zədə almasam, əminəm ki, mövsümün sonunadək ən azı bir qol vuracam və onda bərbərə iri qayçı lazım olacaq. Təki komandam Çempionlar Liqasında mərhələlər keçsin – saçımı qurşağımdan da aşağıyadək uzatmağa hazıram”.
