Şotlandiyada yeni mövsümün başlama tarixi məlum oldu
04.06.2020 , 18:35
Şotlandiyada 2020/21 futbol mövsümünün başlayacağı vaxt müəyyənləşib.
Korner.az xəbər verir ki, yeni mövsümünün avqust ayında başlaması nəzərdə tutulur.Bu barədə Şotlandiya Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Koronavirus pandemiyasına görə Şotlandiya Premyer Liqasında 2019/20 mövsümü ləğv edilib, “Seltik” çempion elan olunub.