Almaniya millisi pley-offda
20.06.2024 , 00:56

Bu gün AÇ-2024-də 2-ci turun oyunları start götürüb.
Korner.az xəbər verir ki, A və B qruplarında 3 oyun keçiriləcək.
Günün ilk matçı B qrupunda yer alan Xorvatiya və Albaniya arasında baş tutub. Turnirə məğlubiyyətlə başlayan komandaların dramatik keçən duelində qalib müəyyənləşməyib. Tərəflər bol qollu heç-heçəyə razılaşıblar.
A qrupunda isə əvvəlcə Almaniya ilə Macarıstan münasibətlərinə aydınlıq gətiriblər. Turnirə ev sahibliyi edən almanlar ikinci oyunundan da qalib ayrılaraq 1/8 finala vəsiqəni təmin edib.
Günün son matçında isə Şotlandiya İsveçrə ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.
AÇ-2014
19 iyun
Xorvatiya – Albaniya 2:2
Qollar: Kramariç, 74. Qyasula, 76-öz qapısına – Laçi, 11. Qyasula, 90+5.
Hakim: Fransua Leteksye (Fransa)
Hamburq. “Folkparkştadion”.
Almaniya – Macarıstan 2:0
Qollar: Musiala, 22. İlkay Gündoğan, 67.
Hakim: Danni Makkeli (Niderland)
Ştutqart. “MXP Arena”.
23.00. Şotlandiya – İsveçrə – 1:1
Hakim: İvan Kruzliak (Slovakiya)
Köln. “Reyn Energy”.
