Yeni texnologiyalar və idmanda ixtisaslaşmış Digital Sports Media agentliyi dünyadakı klubların populyarlığını yoxlamaq üçün araşdırma keçirib.
Korner.az-ın məlumatına görə, tədqiqatda Facebook, Twitter, YouTube, Instagram və Google+ sosial şəbəkələri yoxlanılıb.
Ümumilikdə təqibçilərin sayına görə ( 117 milyondan çox) “Barselona” 1-ci yerdə gedir. 2-ci yerdə isə Madridin “Real” komandası (108 m) qərarlaşıb. İlk üçlüyün sonuncu pilləsində “Mançester Yunayted” (70) var.
Daha 2 İngiltərə klubu beşlikdə yer alır. Bunlar “Çelsi” (50 milyon) və “Arsenal”dır (39,6 milyon).
