big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

SORĞU: Rəşad Sadıqov karyerasını bitirməlidir?

16.08.2018 , 15:09

Son günlər “Qarabağ” klubunun kapitanı və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqovun çıxışını tənqid edənlər az deyil.  Həm azarkeşlər, həm də idman mediası Rəşadın Çempionlar Liqası III təsnifat mərhələsində BATE ilə oyunlarda etidyi səhvlərdən danışır. Əksəriyyət Rəşad Sadıqovun futbolçu karyerasını bitirməyini düşünsə də, onun qalıb davam etməsini istəyən də az deyil.

Korner.az saytı mövzu ilə bağlı jurnalistlərin, mütəxəssislərin və azarkeşlərin fikirlərini öyrənib:

Rəşad Ergün – Komanda.az saytının baş redaktoru

“Rəşad Sadıqov niyə oynamamalıdı? Niyə karyerasını bitirməlidi? Rusiyada keçirilən sonuncu dünya çempionatında Rəşaddan daha yaşlı neçə futbolçu çıxış etdi? Biz gənc Mahir Mədətovu da ələ salırıq, tənqid edirik, yaşlı dediyiniz Rəşad Sadıqovu da. Yaxşı, kim oynasın onda? Azərbaycan futbolu təkcə “Qarabağ”dan ibarət deyil axı. Sabah Azərbaycan millisi Millətlər Liqasında uğursuz çıxış edən kimi hamı “yerli futbolçu” deyə, haray çəkəcək. Başa düşmürsüz, Azərbaycan futbolunun son 20 ilində Rəşad Sadıqovdan daha yaxşısı yetişməyib. Yetişibsə, adını çəkin. Azərbaycan futbolu “qısır”dısa, Rəşaddan daha yaxşısını yetişdirə bilməyibsə və ya ümumiyyətlə, yetişdirməyibsə, bunun günahı Rəşaddadırmı, yoxsa futbolçu yetişdirmək əvəzinə futbolu alverə çevirən “moşennik” klub rəhbərlərində, AFFA rəhbərliyindəmi?”

Kənan Məstəliyev – Rekord.az saytının baş redaktoru

“Çətin sualdı və birmənalı cavab vermək olmur. Səhvlərinə rəğmən hələ də Azərbaycanın ən yaxşı oyunçularındandı. Bunu görmək üçün əlahiddə bacarığa malik olmaq lazım deyil. Sadıqov istəsə, hələ daha 3-4 il də Azrbaycan səviyyəsində rahat oynaya bilər. Ancaq Avropa səhnəsinə çıxanda işlər bir qədər çətinləşir. Ölkə daxilində olmayan tzyiq xaricdə birdən-birə artır və ona öyrəşənə qədər iş işdən keçmiş olur. Buna baxmayaraq, mən Sadıqovun azı bir il daha oynamasının tərəfədarıyam. Amma… Ammasız da olmur. Amma O, 3-4 işi birdən davam etdirməyin başını buraxmalıdı. Futbolçu, iki yığmada baş məşqçi, kurslar, bəzən klub funksioneri səviyyəsində işlər… Bəli, ola bilər ki, nüfuzu, imici bunu etməyə ona imkan verir. Ancaq insan beyni, fiziologiyası hər şeyin öhdəsindən gəlməyə qadir deyil. Rəşad Sadıqov özü də anlayır ki, normadan artıq işi üzərinə götürüb, bunlar da artıq hava şarındakı ballast rolu əvəzinə, onu aşağı çəkməyə başlayıb. Bir neçə əlavə “kisə”dən qurtulmağın vaxtıdı. Seçim isə Rəşadın özündədi. Kamil adamdı, yəqin ki, düşünüb düzgün qərarı verəcək”.

Əli Sahib – Fanat.az saytının baş redaktoru

“Son günlərin əsas mövzusu olub bu məsələ. Sosial şəbəkələrdə hər-kəs öz fikirini yazır. Unutduğumuz və yaxud nəzərə almadığımız məqam var. Bu, həmin Qurbanovdu ki, hər kəs ona güvənir və futbol biliyinə heç kimin şübhəsi yoxdu. Rəşada da şansı baş məşqçi verir. Demək ki, Sadıqovun meydandakı işi məşqçini qane edir. Fikir bildirənlər içi mən qarışıq “Qarabağ”ı Qurbanov və Sadıqov qədər düşünmürük. Əgər Rəşad görsə ki komandaya xeyri dəymir gedər. Kapitanın kifayət qədər məsuliyyətli işləri var. Düşünürəm ki, Rəşad bizə hələ Millətlər Liqasında da lazım olacaq. Səhvdən heç kim sığortalanmayıb. İnsanların bu günə qədər Azərbaycan futbolu üçün etdiklərini bir dəqiqədə itirmək olmaz. Yenə deyirəm onlar uğuru bizdən çox düşünür və istəyir. Kim düşünür ki, “Qarabağ” mərhələni Rəşadın səhvinə görə keçə bilmədi fikirimcə yanılır. BATE Bakıda da , öz meydanında da istədiyi nəticəni əldə edənə qədər oynadı. Necə bu boyda səviyyə fərqini görməzlikdən gəlmək olar? Bəli, yaxşı haldı ki, “Qarabağ”dan təcrübəli rəqiblər qarşısında qələbə gözləyirik. Bu inamı da bizə rəşadlar və onlara güvənən, şans verən Qurbanov verib. Qısaca deyim: hərdən çox nankorluq edirik”.

Tahir Süleymanov – Beynəlxalq dərəcəli hakim

“Geniş mənada futboldan göndərilməli olanlar çoxdur, başqalarıdır. Getməlidirdən daha çox niyə getmir sualı müzakirə olunsa daha doğru olar. Futbolçunun karyerasını bitirmə prosesi təbii baş verməlidir. Rəqabət olan yerdə belə hallar minimuma enir. Azərbaycanda 140 min futbolçu qeydiyyatdan keçirilib. Bu, dünya çempionatında çıxış etmiş İslandiya əhalisinin demək olar ki, yarısıdır. “Rəqabət”, “səviyyə” o qədər üstündür ki, milliyə futbolçu tapılmır. Bunlar təhlil olunmalıdır. Son 10-15 ilə futbola yatırılan 100 milyonlar qarşılığında niyə keyfiyyətli futbolçu yoxdur?! Belə durumda isə getmək məsələsi Rəşad Sadıqovun özündən asılıdır. Futbolda 10 il öncəni indidən düşünmək lazımdır. Şəxsi maraqlar, futbol sisteminin işlək olmaması, dost-tanış yığını fonunda futbolçu yetişməz. Rəşad Sadıqovun karyerasını bitirməsi ilə futbol düzələcəkmi?! Ağacın kökünü müzakirə etmək əvəzinə olan-qalan qol-budaq “sındırılır”. Azərbaycan futbolunun dərdi Rəşad Sadıqov deyil, daha dərindir. Yeri gəlmişkən vaxtilə basketbol oynamağa da sürgün edilmişdi, 10-15 ilə futbol düzəldimi?! Yenə Rəşad oynayırsa, bunun günahkarı o deyil, başqalarıdır… 8 komandalı “Bakı çempionatı” keçirilir. Rəşad Sadıqov bu çempionatda “piyada” da oynaya bilər. Necə ki, 6-7 il öncə “Neftçi”yə gətirdiyimiz, çempionluqlar, kuboklar, qrup qazandığımız legioner futbolçular qürub çağında yenidən yada düşüb, klublarımız transfer edir. Azərbaycan futbolunun əyani səviyyəsi, durumu, göstəricisidir. Vaxtilə “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Bakı”, “Qəbələ” arasında keçirilən oyunlar “Qarabağ”-BATE görüşündən geri qalmırdı, bir çox oyunlar keyfiyyət baxımdan daha üstün idi. Bunun sayəsində klublarımız qrupları təmin etdi. İndi sə ilk mərhələdən klublarımız zəif rəqiblərlə bacarmayaraq kütləbi geri dönürlər. Bir “Qarabağ” qalıb, keçmiş rəqabətin, təcrübənin, yığılan reytinq xallarının hesabına hələ dözür. “Qəbələ” artıq “dayandı”, dugər klublar “Neftçi” başda olmaqla şuralaşdı. Hamısına şəxsi maraqlara uyğun adamlar yerləşdirildi. Belə vəziyyətdə “Qarabağ” da çox duruş gətirə bilməyəcək. Ümumi futboldakı vəziyyət müzakirə olunmalıdır. Kənardan elə görünür ki, Rəşad Sadıqovların məsələsi bilərəkdən ortaya atılır. Belədə futbolda olan köklü ploblemlər yaddan çıxır. Elə çoxlarına bu sərfəlidir. Vaxtilə Berti Foqstlar aylarla Alnamiyada “istirahət” edəndə, axtyamov, eddilər milyonlar hesabına milliyə gətiriləndə bu qədər müzakirə olunmurdu. O vaxtlardan bu gün Rəşad Sadıqovun əvəzləyiciləri düşünülməli, əməli işlər görülməli idi. Azərbaycanda insanlar öləndən sonra “dəyərli” olur. Ən yaxşı halda “qatar gedəndən”, pisi görəndən sonra yaxşılar, bacarıqlılar yada düşür. Futbola, insanlara vaxtında qiymət verilməlidir”.

Elçin Cəfərov – “Azərbaycan” qəzetinin idman yazarı

“Rəşad Sadıqov futbolçu karyerasını ümumiyyətlə, ötən mövsümün yekununda möhtəşəm vida mərasimi ilə başa vurmalı idi. Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə, onun ardınca isə çempionluq… Hər bir futbolçunun arzuladığı karyera sonluğu. BATE ilə qarşılaşmalar Rəşadın futbolçuluq dönəmini başa vurub, məşqçilik karyerasına davam etməsinin daha yaxşı olacağını növbəti dəfə sübut etdi. Yəni, bu mövzuda prinsipiallıq nümayiş etdirmək Rəşad kimi təcrübəli bir futbol adamına yaraşmır. Bu mövzuda saatlarla mübahisə aparmaq olar, ancaq son sözü meydan deyir. Nəticə isə hamıya bəllidir”.

Aslan Şahgəldiyev – PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri

“Rəşad Sadıqov karyerasını bitirməlidirmi? Maraqlı sualdır. Karyeranı hansı halda bitirməlisən? Sənə ehtiyac olmayanda, fiziki cəhətdən çatdırmayanda, komandana kömək edə bilməyəndə, özünə komanda tapa bilməyəndə karyeranı bitirirsən. Yəni bu hallarda futbolçu özü qərar verib karyerasını bitirir. Mənə görə, futbolda yaş amilinin ümümiyyətlə əhəmiyyəti yoxdur. Passport önəmli deyil, futbolçunun təvəllüdü onun meydanda göstərdiyi oyundur. Futbolda “güclü” və “zəif” anlayışı var. Əgər yaşlı futbolçu gənc futbolçudan daha faydalıdırsa, heyətdə onu sıxışdırırsa, kim güclüdürsə, o oynamalıdır. Milli komandamızda Ruslan Abışovun zədələnməsindən sonra gözlər Rəşad Sadıqova dikilirsə, deməli həmin mövqedə bu futbolçuya ehtiyac var. Əgər Rəşadla rəqabət aparacaq, onu heyətdən sıxışdıracaq başqa futbolçumuz yoxdursa, bu, onun problemi deyil. Rəşad Sadıqov “mən zorla oynayacağam” demir ki, təklif olur, karyerasını davam etdirir. Elvin Yunuszadə Rəşad Sadıqovdan cavandır, amma hələ də özünə klub tapa bilməyib, Rəşad Sadıqovsa çıxış edir və “Qarabağ”dan ayrılsa belə digər komandalardan təkliflər alacaq, klubsuz qalmayacaq. Bu gün Rəşad Sadıqova komandalarımızın ehtiyacı varmı? Məsələn, Rəşad “Qarabağ”dan ayrılsa digər komandalar onu heyətinə qatarmı? Çempionatımızda çıxış edən komandaların müdafiə xəttində Rəşaddan daha güclü futbolçu varmı? Bu suallara cavab verəndə görürük ki, hələ Rəşad Sadıqova ehtiyac var və karyerasını davam etdirməlidir”.

Ceyhun Haşımov – veteran hakim

“Karyeranı bitirmək qərarını oyunçu özü verməlidir. Rəşadın səhvləri olsa da, o, özünü hələ ki oyunlarda görür. Və komanda yoldaşları da onun varlığından ruhlandığlarını qeyd edirlər. Məncə, son oyunlarda olanlara görə kimisə “silmək” olmaz. Messi və Ronaldo üçün Dünya Çempionatı uğursuz oldu, buna baxmayaraq heç kim tələb etmədi ki, getsinlər. Rəşadın Azərbaycan futbolu üçün etdiklərini unutmaq olmaz. Əgər lazım olsa, özü gedəcək. Səhvlərə mən də kədərlənirəm, amma inanaq ki, onun yerinə layiqli biri gələcək və Rəşad gedəcək.

Mehman Süleymanov – Sport24.az saytının redaktoru

“Hesab edirəm ki, Rəşad Sadıqov indiki məqamda futbolçu karyerasını bitirməməlidi. Azərbaycan futbolu üçün böyük xidmətləri olan, müstəqil futbolumuzun ən yaxşı yetirməsinin yaşıl meydana çıxışını uğursuz matçdan sonra bitirməsini düzgün saymıram. Çünki Sadıqov kimi futbolçu gedəndə də adına layiq getməlidi. Təbii ki, BATE-ylə uğursuz matçlardan, buraxdığı səhvlərdən sonra onun üzərində təzyiq var və getmək barədə düşünür. Ancaq vida da Rəşadın adına layiq ab-hava olmalıdı. Ən əsası, qarşıdan yenə vacib sınaq gəlir. Çempionlar Liqasında çıxışını dayandırdıqdan aonra mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək “Qarabağ” qrupa düşməyi hədəfləyib. Bu məqamda kapitan gəmini tərk etməməli, əksinə, onunla yoluna davam etməlidi. Həm də Rəşad baş məşqçinin sözünü yerə salmayaraq futbolçu karyerasını bitirmədi və ötən mövsümün sonunda “Qarabağ”la başa çatan müqaviləsini daha 1 illiyə yenilədi. Bir halda ki, özünə güvəndi, baş məşqçinin sözünü yerə salmadı, yaşıl meydanda çıxışını davam etdirməli, döyüşməlidi. Getmək məsələsinə qış fasiləsində baxmaq, cari mövsüm bitəndən sonra onu reallaşdırmaq olar. İndi getmək zamanı deyil. Rəşaf Sadıqov kimi futbolçunun komandada olması “Qarabağ” üçün hər mənada vacibdi. Onu da unutmamalıyıq ki, “Qarabağ”ın mövsümdə çıxışı daxili yarışlarla bağlıdı. Burda isə limit məsələsi, 1-i 21 yaş olmaqla ən azı 5 yerli oyunçunun meydanda olması şərtdi. “Qarabağ”da isə yerli oyunçu kontingentinin elə də geniş olmadığını, zədə, cəza kimi problemlərinin qaçılmaz olduğunu nəzərə almaq lazımdı”

Ceyhun Rzayev – Xəzər TV-nin idman şərhçisi

“Rəşad Sadıqovun “Qarabağ”la 1 illik müqaviləsi. Birmənalı şəkildə müqaviləyə əməl edib mövsümü oynamalıdır. Rəşad Sadıqov BATE ilə oyunlarda böyük şanssızlıq yaşadı. Hər iki oyunu yüksək səviyyədə keçirəsən və sənin itirdiyin 2 top qapında qol olsun. Komanda yoldaşları da onu sığortalaya bilmədilər. Halbuki eləyə bilərdilər. “Rəşad karyerasına son qoymalıdır” deyənləri anlamaq mümkün deyil. Sadıqov 36 yaşında fiziki və funksional olaraq tam hazırdır. Hər 2 səhv də texniki səhv idi. Hansı ki, Rəşad hətta gözübağlı vəziyyətdə düzgün ötürmə edərdi. Almeydanın gedişindən sonra “Qarabağ”ın oyun planında Rəçadın əhəmiyyəti birə iki artıb. Əminəm ki, indiki vəziyyət də Sadıqov oynamasa, “Qarabağ” ənəvi oyun tərzi olab topasahibolmada bu qədər üstün olmaz”.

İlkin Vaqifoğlu – Sportinfo.az saytının baş redaktoru

“BATE ilə Borisovdakı cavab oyunundan sonra sosial şəbəkələrdə Rəşad Sadıqovla bağlı yüz cür şərhə rast gəlirik. Hərə bir fikir yazır. Mən hamının fikrinə hörmətlə yanaşıram. Şəxsən düşünürəm ki, Rəşad bu gün də «Qarabağ»a lazımdı, sabah da lazım olacaq. Rəşaddan olsaydı, bəlkə də 2 il öncə karyerasını başa vurardı. Görünür, baş məşqçi də, rəhbərlik də sonradan bu qərara gəlib ki, onun getmək vaxtı çatmayıb. Ümumiyyətlə, Sadıqov axır 1-2 ildə çox «yüklənib». Harda nə ağır iş var, ona tapşırırlar. Millilər, «Qarabağ»ın əsas və 19 yaşlılardan ibarət komandaları, digər işlər… Hamısı bir arada olmaz. Rəşadı yalnız futbol oynamaq barədə düşünməyə imkan versələr, o, bunun öhdəsindən artıqlamasıyla gələr. «Feys»də baxıram ki, bəzi səhifələr Rəşadın səhvlərindən ibarət roliklər hazırlayıb. Bunlar üzücüdü. Bir BATE ilə oyunlara görə Rəşadın Azərbaycan futbolu qarşısındakı xidmətlərinin üstündən xətt çəkə bilmərik. Onsuz da, futbolumuz son 15-20 ildə bu səviyyədə xarizmatik lider yetişdirməyib. Biz Rəşad kimi olub-qalan tək-tük lider futbolçuları bu şəkildə itirməməli, onları qorumalıyıq, dəstək verməliyik”.

İlqar Tağıyev – “Het-trik nyus” qəzetinin baş redaktoru

“Son iki-üç ildə istər sosial mediada, istrsə də idman jurnalistləri arasında Rəşad Sadıqovun karyerasını bitirməsi ilə bağlı xeyli müzakirələr olur. Bu müzakirələr də Rəşad hansısa oyunlarda səhv edəndə başlayır. Rəşadın səhvsiz, yaxşı oynadığı matçlarda isə heç vaxt onun futboldan gedişi müzakirə mövzusu olmayıb. Azarkeşlər tərəfdən buna normal baxmaq olar. Ancaq futbolla bir başa əlaqədə olan insanların fikirlərinə gəlincə, çoxları yenə azarkeş kimi yanaşırlar, bir hissəsi isə məsələyə peşəkar prizmadan yanaşır. Hər iki tərəfin fikrinə hörmətlə yanaşıram. Mənim öz fikrimə gəlincə, düzdü BATE ilə hər iki oyunda kobud səhvi oldu. Bundan dərhal sonra müzakirələr yenə gündəmə gəldi. Gəlin, bir şeyi də nəzərə alaq. Bu gün Rəşadın “Qarabağ”ın və millinin lideri olması danılmazdı. O meydanda olanda həm azarkeşlərdə, həm futbolçularda, eləcə də mənim özümdə də rahatlıq olur. Lider xüsusiyyətlərə malik oyunçudur. Futbolçu səhv edə bilər, çünki insandı, robot deyil. Rəşad da insandı. Onun BATE ilə oyunlarda etdiyi səhv yaşla bağlı deyil, onlar sırf texniki səhvlər idi ki, bunu da hər kəs edə bilər, hətta Messi də edə bilər. O da İslandiya ilə oyunda penaltini vura bilməmişdi. Onda belə çıxır ki, Messi də futboldan getməlidir? Biz yenə də görürük ki, Messi və onun kimi aparıcı futbolçular hələ də öz komandalarında liderdilər. Rəşadın bu gün futboldan getməsinin tərəfdarı deyiləm. Rəşad hələ də komandaya lazımdı, həm “Qarabağ”a, həm də milliyə. Ancaq bu mövsümdən sonra Rəşadın futboldan getməsi labüddü, çünki artıq yaş öz sözünü deyir. Rəşad, ümumiyyətlə Azərbaycan futboluna lazımdı. Hətta o, karyerasını bitirdikdə, təmtəraqla yola salınmalıdı. Bunlar mənim subyektiv fikrimdi, hamının da düşüncəsinə hörmətlə yanaşıram”.

Emin Səfərov – Yenicag.az saytının əməkdaşı

“Fikrimcə, Rəşadın özü də karyerasını başa vurmaq barədə düşünür. Cari mövsümün onun üçün sonuncu olacağını təxmin etmək elə də çətin deyil. Düzü, çempionat oyunlarında Sadıqovun mütamadi olaraq start heyətdə yer alacağına da inanmıram. Sadəcə, həlledici matçlarda meydana çıxa bilər ki, o da sual altındadır. Rəşadın özü də işlərinin çoxluğunun fərqindədir və özü də “daha mənə bəsdir” deyə düşünür. BATE ilə oyunda çıxış etməsinə gəlincə, Qurban Qurbanov sadəcə, onun təcrübəsindən yararlanmaq istədi. Lakin təəssüf ki, Rəşad Sadıqov sözügedən matçlarda şansızlıq yaşadı və bu da onun karyerasını bitirməsi ilə bağlı fikirləri yenidən gündəmə gətirdi”.

Aydın Bağırov – Qol.az saytının baş redaktoru

“Bitirməli deyil və bununla bağlı müzakirələr belə artıq ifrat həddə çatıb. Ən azı mövsümün sonuna qədər “Qarabağ”ın Rəşada ehtiyacı var. Həm çempionat, həm də qarşıdakı avrokubok oyunlarında”

Amal Abuşov – Sport7.az saytının baş redaktoru

“Rəşadın özünün və Qurban Qurbanovun nə düşündüyü vacibdi. Qurbanov ona ehtiyac duyursa, Rəşad özündə oynamağa güc hiss edirsə, buna hörmətlə yanaşmalıyıq. İndiki halda Rəşadın oynamasında ciddi problem görmürəm”.

Korner.az saytının “Facebook” səhifəsində olan sorğuda azarkeşlər də öz mövqelərini ortaya qoyublar. Rəşad Sadıqovun futboldan getməsi ilə bağlı soruşulan suala 111 nəfər reaksiya verib. Onlardan 85-i Rəşadın getməyinin tərəfdarıdır. Yalnız 12 nəfər Sadıqovun futbolda qalmasını istəyir.

Son yazılar

To Top