“Uzun müddət ərzində çətin günlərimiz də oldu, yaxşı günlərimiz də. Ancaq hər zaman mübarizənin içində qaldıq. Türkiyə milli komandası olaraq hər zaman xarakterimizi ortaya qoyduq və heç vaxt təslim olmadıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları İslandiya ilə oyunöncəsi deyib.
62 yaşlı mütəxəssis komandasının İslandiyanı məğlub edərək “pley-off” oyunlarına qalacağına inandığını bildirib:
“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımız var. İslandiyanı məğlub etmək və ölkəmizə sevinc bəxş etmək üçün sona qədər mübarizə aparacağıq. Bizim üçün final xarakteri daşıyan bu matçın sonunda meydandan xoşbəxt ayrılacaq komandanın Türkiyə olacağına inanıram”.
