Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Skenderbeu”matçına bilet satışı davam edir.
Korner.az-ın paytaxt klubunun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, qarşılaşmaya 3400 dən çox bilet satılıb.
Qarşılaşmanın start fitinə kimi bütün biletlərin satılması gözlənilir.
Xatırladaq ki, 2-20 manat qiymətində olan biletləri sözügedən arenanın kassalarından, eləcə də “28 Mall” və “MetroPark”dan əldə etmək olar.
