UEFA Çempionlar Liqasının bu gecə keçirilən və 31-ci dəqiqədə şiddətli qar yağışı səbəbilə yarımçıq dayandırılan “Qalatasaray” – “Yuventus” matçıyla bağlı yekun qərarını verib.
Korner.az-ın məlumatına görə, bu barədə “sarı-qırmızılılar”ın rəsmisi Lütfi Arıboğan xəbər verib.
Arıboğan deyib ki, qarşılaşmanın bu gün Türkiyə saatıyla saat 14.00-da davam etdirilməsinə qərar versə də,İstanbul polisinin israrları ucbatından qərarını dəyişib. Son qərara əsasən, matç Türkiyə vaxtı ilə saat 15.00-dan davam etdiriləcək.
