big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Son məktub… (YAZI)

07.07.2013 , 07:13

Uşaqlıqdan bəri səsinin vurğunu olduğum Ququşu hər dəfə dinlədikcə, qəlbim döyünür, qanadlanıb cənuba doğru uçmaq, Təbrizi qucaqlamaq, Urmiya gölünü göz yaşlarımla doldurmaq, adına şeirlər yazılan Araz çayını üzüb keçmək, bir parçamız olan yavru vətənimiz Naxçıvanı dolaşmaq, ordakı soydaşlarımıza ürək sözlərimi çatdırmaq istəyirəm. Uzun illərdən sonra Naxçıvanı təmsil edəcək “Araz” komandasının bərpa ediləcəyini, yeni mövsümdən birinci divizionda mübarizə aparacağını eşidəndə ürəkdən sevindim, bütün dostlarıma, həmkarlarıma, klubu ayağa qaldıranlara təbrik sözlərimi çatdırdım. Hər gün idman mətbuatından “Araz”la bağlı yeni-yeni məlumatlar almağa başladım. Məmləkətimizdən ayrı düşən Naxçıvan futbolsevərlərinin böyük futbolu yenidən izləyə bilmələri üçün bundan böyük şans ola bilməzdi. Görün blokadada ola-ola Naxçıvan torpağı futbolumuza nə qədər istedadlar bəxş edib.

Komandanın yaranışı, baş məşqçinin təyinatı, seleksiya xarakterli məşqlərə start verilməsi, “Araz” addım-addım böyüyür… dediyimiz zaman ortaya bir böyük “əmma” çıxıb… Mətbuatda gedən xəbərlərdən aydın olur ki, PFL “Araz”a lisenziya vermək istəmir. Səbəb isə çox sadədir, bir neçə birinci divizon komandası Naxçıvana getməkdən imtina edərək PFL-ə məktub ünvanlayıb. Mən birinci o məktubu ünvanlayan (həqiqətən də belə bir məktub varsa) klubların idarəçilərinə üzümü tutub demək istəyirəm ki, əgər bilmirsinizsə, Naxçıvan da Azərbaycanımızın bir parçasıdır, qoludur, qanadıdır… “Araz” adı da, “Qarabağ” adı qədər bizə doğma və əzizdir. Axı sizin Naxçıvan təmsilçisinə qarşı bu ögey münasibətinizi mənfur düşmənlərimizdə eşidirlər! İsrailli Qolda Meyrin dediyi kəlamlar qulağımda cingildəyir: “Bir ölkə, ən dar düşüncəli insanı qədər cılız, ən savadsız insanı qədər cahildir”. İndi təsəvvür edirsiniz, ermənilər sizin yazdığınız o məktuba görə fikirləşirlər ki, Azərbaycan əhalisi artıq Naxçıvana getmək istəmir… Oranı vətəninin bir parçası hesab etmir… Bunun məsuliyyətini siz daşıyırsınız cənablar… Ölkəmizin indiki vəziyyətində bütün bunların əksi yaşanmalı idi; klublarımızın böyük əksəriyyəti(hətta hamısı) Naxçıvanı təmsil edən komandanın yaranmasının zəruri olduğunu bildirməli idi. “Araz”a hər cür köməklik göstərilməli, qayğı ilə yanaşılmalı idi… Araz çayının axan suları durulmalı, şəhər stadionu yenidən azarkeşlərlə dolmalı, Cəlil Məmmədquluzadənin torpağından “qol” səsləri eşidilməlidir… Hamımız buna çalışmalıyıq…

Üzümü PFL rəhbərliyinə tutub demək istəyirəm ki, Naxçıvan camaatını futbolsuz qoymaqdansa, “Araz”ı yaranmamış yox etməkdənsə, düşmənin üzərindən keçib Naxçıvana getmək istəməyən klublarımızı cəzalandırsın… Cəzalandırsın ki, onlar Azərbaycanla Naxçıvanın bir bütöv olduğunu anlasınlar… Bu mənim və üçrəngli bayrağımız dalğalananda ürəyi döyünən hər kəsin sizlərə son məktubudur…
Naxçıvanda – “Araz”ın ilk ev oyununda görüşənədək…

Araz Əhmədov

Son yazılar

To Top