Son Hın Mini şantaj edən qadına 4 il həbs cəzası verildi
08.12.2025 , 13:31
Cənubi Koreya millisinin kapitanı və “Los-Anceles” klubunun futbolçusu Son Hın Minə qarşı şantaj edən qadın məhkəmə tərəfindən cəzalandırılıb.
Korner.az xəbər verir ki, həmin qadın 4 il müddətinə həbs cəzası alıb.
Məsələyə qarışan digər şəxs də 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama əsasən, qadın 2024-cü ilin iyununda futbolçudan hamilə olduğu barədə yalan iddia irəli sürüb və bunu əsas gətirərək Son Hın Mindən böyük məbləğdə pul tələb edib. O, futbolçunun məşhurluğundan sui-istifadə etməklə ona ciddi mənəvi zərər vurub.