Son hərbi xidməti başa vurdu
08.05.2020 , 18:23

“Tottenhem”in hücumçusu Son Hın Min hərbi xidmətini tamamlayıb.
Korner.az xəbər verir ki, cənubi koreyalı futbolçu, ölkəsində üç həftəlik xidmətini başa vurub.
O, yaxşı performans göstərən əsgərlərdən olub.
Xatırladaq ki, futbolçu 2018-ci ildə Asiya oyunlarında millisi ilə qızıl medal qazandığı üçün 21 aylıq hərbi xidməti 1 ayla əvəzlənmişdi.
