Türkiyənin "Fənərbağça" klubu "Xəzər Lənkəran"la yoxlama görüşü oynayacağı haqda klubun rəsmi saytında məlumat yayıb.
Korner.az-ın "sarı lacivərdlilər"in rəsmi saytına istinadən verdiyi məlumata görə, türk klubu iyulun 21-i saat 21:00-da "Xəzər Lənkəran"la yoldaşlıq görüşü keçirəcəyi haqda xəbər yayıb.
Qeyd edək ki, "Fənərbağça"nın "Xəzər Lənkəran"la sınaq matçında üz-üzə gələcəyini ilk dəfə "ağ-yaşıllar"ın rəsmi saytı, daha sonra isə Türkiyə mətbuatı yazmışdı.
