Şon Dayç “Nottingem Forest”dən ayrıldı
12.02.2026 , 15:39
İngiltərə Premyer Liqasında daha bir baş məşqçi postunu tərk edib.
Korner.az xəbər verir ki, “Nottingem Forest” klubu Şon Dayçla yollarını ayırdığını açıqlayıb.
Klubun yaydığı rəsmi məlumata əsasən, 54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Şon Dayç 2025-ci ilin oktyabrında “Nottingem Forest”in baş məşqçisi təyin olunmuşdu.