"Xəzər Lənkəran"ın transferə çıxartdığı futbolçu Julius Vobay "Neftçi"nin düşərgəsindədi. Bu barədə Korner.az-a etibarlı mənbə xəbər verib. Hal-hazırda çempion komandanın məşqində iştirak edən futbolçu az öncə məşqi yarımçıq dayandırıb. "Ağ qaralar"ın çalışdırıcısı Böyükağa Hacıyevin rəhbərliyi altında məşq edən futbolçunun bir neçə günə "Neftçi" ilə müqavilə bağlayacağı deyilir.
