Bu gün Bakı vaxtı ilə saat 20.00 radələrində İraqın Bağdat şəhərindəki "Əl-Asariya" stadionunda terror aktı törədilib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə kamikadze tərəfindən törədilib.
Partlayış nəticəsində ən azı 29 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilir. Ancaq bu rəqəmlərin artacağı istisna edilmir.
Polis əməkdaşlarından birinin sözlərinə görə, partlayış qalib komandaya kubok verilərkən baş verib.
