"Qəbələ"də Syomin dönəmi bitir.
Korner.az-ın məlumatına görə, komanda kubokda finala adlaya bilməsə, rus mütəxəssislə mövsümün sonu gözlənilmədən yollar ayrılacaq.
Komanda kubokun finalına adlasa, mövsümün sonunu gözləmək lazım olacaq.
Artıq Syomini bu postda əvəz edəcək namizəd də tapılıb. Əldə etdiyimiz məlumata görə, bu, bir vaxtlar "Neftçi"ni də çalışdırmış Vlastimil Petrjaladı. Petrjelanın gəlişini "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı təmin edəcək. Məsələ bundadı ki, Petrjela "Neftçi"də baş məşqçi olanda Səfiyarlı klubun mətbuat katibi idi.
